“UĞUR-2018 “ Milli Mükafatına laiq görüldük


“A-SERA GROUP” artıq ikinci dəfə müasir istixana komplekslərinin istehsalı və quraşdırılması sahəsində ilin ən yaxşı şirkəti nominasiyası üzrə “UĞUR-2018 “ Milli Mükafatına laiq görüldü. İqtisadiyyat və Biznes sahəsində Milli Mükafat mərasimində “A-SERA GROUP”un lider şirkət olması tədbir iştirkaçılarının diqqətinə çatdırıldı. Mərasimdə şirkətin direktoru Elnur Abdullayev çıxış edərək, “A-SERA GROUP”un əsas misiyalarından biri regionda ərzaq təhlükəsizliyinin aradan qaldırılması və insanların ekoloji təmiz məhsullarla təmin edilməsi olduğunu vurğuladı.