Ağdaş rayonunda yeni çiçək istixanası inşaatı


Ağdaş rayonunda 41424 k/m2 sahədə müasir texnologiylarla istixana tikilir. İnşa olunan müasir istixanada gül yetişdiriləcək. Ağdaş gülçülük istixanası daxili və xarici bazarı təmin etmə gücünə malik olacaq. Bundan əlavə Azərbaycanda istifadəyə verilən müasir istixanalar qeyri-neft ixracının artmasına, regionda məşğulluğun təmin edilməsinə də öz müsbət töhfəsini verəcək.

İstixana sistemlərimiz hər bir sahibkarın tələbinə cavab vermək məqsədi ilə, fərqli üslub və ölçülərdə Şüşə, Polietilen və Polikarbon kimi müxtəlıf materiallardan tərtib olunur. Obyektlərin tikintisi zamanı istifadə olunan polad istixananını uzun illər korroziyaya qarşı qorumaq məqsədi ilə, sink vəya sink üzərindən boya ilə örtülür. İnşaat zamanı qaynaqdan istifadə edilmir.