“Azər Business Award” 2017 mükafatının laureatları bəlli oldu. Fins.az xəbər verir ki, 100 aparıcı şirkətin qatıldığı mərasimdə peşəkar mütəxəssislərdən ibarət müasir tipli istixana, ferma, kənd təsərrüfatı avadanlıqlarının, maşın mexanizmlərinin gətirilib çatdırılması, quraşdırılması eləcə də istehsalı ilə məşğul olan «A-SERA» MMC-nin istixana sektorunda lider olması xüsusilə vurğulandı. Qeyd olundu ki, Türkiyə, Asiya və Qafqaz bölgəsində 100-dən artıq istixana quran «A-SERA» MMC reallaşdırdığı layihələrdə yüksək keyfiyyətli materiallar və son texnologiyalar ilə məhsuldarlığı artırmaqla müştərilərin dərin rəğbətini qazanmışdır.
Tədbirdə iştirak edən «A-SERA» MMC-nin direktoru İlham Məmmədov münasib qiymət, yüksək keyfiyyət, zamanında çatdırılıma, quraşdırılma, ciddi məsuliyyət, istehsal bazasının müasirləşdirilməsi, ən əsası da müştəri məmnuniyyətinin bu şirkətin əsas prinsip və siyasəti olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Mükafatlandırılma mərasiminin keçirilməsində əsas məqsədin Azərbaycan bazarının ən parlaq və dinamik iştirakçılarını ictimayyətə çatdırmaq olduğu vurğulandı.
Şirkətin gələcək planlarından danışan İlham Məmmədov yaxın gələcəkdə Avropada da yeni layihələrə start veriləcəyini və artıq bunun üçün sifarişlərin qəbul olunduğunu bildirdi. Şirkətin prioritet istiqamətinin MDB ölkələri olduğunu vurğulayan şirkət direktoru Rusiya, Qazaxıstan və Özbəkistandan yeni sifarişlərin qəbul olunduğu bildirildi. Yaxın gələcəkdə Makedoniya və Gürcüstanla da bu istiqamətdə də danışıqların aparıldığı bildirildi.
Azərbaycanda bu cür tədbirlərin keçirilməsi həm əhali arasında sahibkarların fəaliyyəti haqqında məlumatlılığı artırır, həmçinin sahibkarlığın təşviqinə böyük təsir göstərir. Məlumat üçün bildirək ki, müasir tipli istixana, ferma, kənd təsərrüfatı avadanlıqlarının, maşın mexanizmlərinin gətirilib çatdırılması, quraşdırılması eləcə də istehsalı ilə məşğul olan «A-SERA» MMC ölkəmizdə bu sahədə fəaliyyət göstərən yeganə şirkətdir.
Xəbər üçün hiperlink:
© Fins.az