Örtü materialları


İstixanalarda müxtəlif növ örtüklər istifadə edilir: şüşə, polietilen, polikarbon, torpaq örtüyü və həşərat şəbəkələri kimi. Dam və divarlarda istilik keçiriciliyi üçün UV qorunması ilə polikarbon polietilen, şüşə örtüklər istifadə olunur. Xüsusi klipslər ilə bərkidilmiş polietilen materiallar 110 km/s küləyin sürətinə tab gətirə bilir. Həşərat şəbəkələri istixanaya həşərat girməsinin qarşısını almaq üçün istifadə edilir. 3 illik zəmanət ilə sıx hörgülü şəbəkələr istifadə olunur. Torpaq örtüyü müəssisənin ərazisinə alaq otları girməsinə mane yaradır, istixanaya palçıq daxil olmasını qarşısını alır.