Bu sistem sayəsində istixana daxilində iqlim və enerji istifadəsinə nəzarət etmək mümkündür. Quraşdırılmış pərdə mexanizması isti havada zərərli günəş şüalarının istixana daxilinə keçməsinin qarşısını alır və push pull adlanan pərdə mexanizmasının vasitəsi ilə içərisinə yerləşdirilən xüsusi metal hissələr sayəsində soyuq hava şəraitində isti havanın istixana daxilində saxlanmasına kömək edir.