Şirkətin Profili və Tarixi


Gənc, peşəkar komanda tərəfindən yaradılmış A-SERA  GROUP istixana sektorunda aparıcı şirkətə çevrilmişdir, şirkətimiz müxtəlif növ müasir tipli şüşə, polietilen və polikarbon istixana sistemlərinin tikintisində təcrübəyə malikdir. 10 ildən az müddət ərzində, A-SERA GROUP Asiya və Qafqaz bölgəsində 100’ə yaxın istixana quraraq inkişaf etmiş və tanınmış markaya çevrilmişdir. Bizim şirkətimiz tamamı ilə davamlı istismara hazır layihələr təklif edir. Layihənin ilk addımından sonunadək, habelə, layihələrin tamamlanmasının ardından müxtəlif xidmətlər ilə müştərilərimizin istəyinə əsasən tələb olunan dəstəyi göstəririk. A-SERA GROUP-un əsas prinsipi yüksək keyiyyətli materiallar və son texnologiyalar ilə məhsuldarlığı artırmaqdır.

Sertifikatlar

UĞUR-2017

Müasir istixanaların tikintisi və montajı sahəsində ilin şirkəti. (Azərbaycan Milli Biznes Mükafatı)

 

Caspian Agro 2017

Ən maraqlı tərtib olunmuş stend üçün təşəkkür sertifikatı. (11-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi)

 

Caspian Agro 2017

Sərgidə iştiraka görə təşəkkür sertifikatı. Caspian Agro 2017 (11-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi)