“A-SERA GROUP” və “BOM GROUP” arasında əməkdaşlıq sazişi imzalandı


Hollandiyanın şüşə istixana kompleksi sektorunda yarım əsirlik təcrübəsini malik olan və ən qabaqcıl şirkətlərindən olan Bom GROUP, A-SERA GROUP ilə şüşəli istixanaların birgə istehsalı barəsində razılıq əldə ediblər. Şüşə istixana kompleksində 52 ildən artıq təcrübəyə malik olan Bom GROUP, A-SERA GROUP ilə şüşə istixanın metal konstruksiyasının, aluminium profillərinin təchizatında, layihələrin dizaynında, aluminium xaric bütün dəmir hissələrin və Casta program təchizati ile yüklərin hesablanmasında A-SERA GROUP şirkəti ilə əməkdaşlıq edəcək. İstixana kompləkslərinin tikintisində rəqabət gücünü artırmaq, istehlakcıların münasib qiymətə istixana kompleksləri ilə təmin olunması məqsədi ilə Bom GROUP dizaynına əsasən dəmir hissələrin A-SERA GROUPun İzmir, İstanbul və Azərbaycanda yeni açılacaq olan fabrikalarında istehsalı nəzərdə tutulur. Bundan əlavə Bom GROUP polietilen istixanalarla bağlı aldığı sifarişləri A-SERA GROUPun fabriklərində istehsalını həyata keçirməyi planlaşdırır.