Dağıstanda “Yugagroholding” istixana kompleksinin rəsmi açılışı olub.
Dağıstan Respublikası Hökumətinin müvəqqəti sədri Abdusəməd Həmidov və Rusiya Federasiyasının Şimali Qafqaz üzrə nazir müavini Mixail Razvozjaev, 29 noyabr Çərşənbə günü, Mahaçqala Şamxal-Termen kəndində “Yugagroholding” istixana kompleksinin açılış mərasimində iştirak ediblər.
Yeni istixana təsərrüfatı 21,2 hektar ərazini əhatə edir və böyük bir kənd təsərrüfatı müəssisəsinin üç mərhələsində yaradılmasının nəzərdə tutulan şirkətin həyata keçirdiyi layihənin bir hissəsidir.
Bu istixana kompleksi pomidor yetişdirilməsinə yönəldilmişdir. Eyni zamanda, geotermal istilik stansiyası istifadəsi ilə istixanalar tikilib. Pomidorların məhsuldarlığı ildə 1 kvadrat metrdən 50 kq qədər olacaqı ,müəssisənin tam fəaliyyət göstərdiyi halda isə hər il 10 min ton pomidor istehsalı planlaşdırılır.Tərəvəz satışından əldə edilən gəlir təxminən 739 milyon rubl olacaq.Vergi yığımlarə ildə 100 milyon rubldan çoxdur.Bundan əlavə,yeni istilik təsərrüfatında-270-dən çox iş yeri planlaşdırılıb.Respublika üçün yeni bir müəssisənin əhəmiyyətini qiymətləndirmək çətindir.Kompleksin açılış mərasimində Rusiya Federasiyasının Şimali Qafqaz məsələləri üzrə nazir müavini vurğulamışdır: ” Hər vaxtınız xeyir əziz dostlar müəssəmizin işçiləri , ən əsası bügündən etibarən öz əlləri ilə mükəmməl məhsul istehsalatına başlayanlar, hansıki sadəcə Respublikada deyil ölkəmizin hər bir quşəsində həmvətənlərimizin süfrəsində görməyi ümid edirik .. Bu gün əhəmiyyətli bir tədbir keçirdik – biznes sessiyası, Dağıstan iqtisadiyyatına investisiyalar; müzakirə olundu.İnvestisiya,vergi və s. dedikdə bir mənalı düşünülür. Bütün bunları praktikada gördükdə olduqca fərqlidir, insanlara işləməyə imkan verən ekoloji cəhətdən səmərəli bir istehsaldır və bir çox insanların süfrələrində dadığımız məhsullar,onlara təbəssüm və sevinc bəxş edir.Şimali Qafqaz İqtisadiyyat Nazirliyinin proqramı çərçivəsində iqtisadiyyatın real sektoru üçün dəstək olunur.Dağıstan Respublikasında üç layihə seçilib.Biri də bu.İlk öncə investor öz vəsaitləri ilə layihəni həyata keçirir.Sonra isə biz bu müəssisəyə yatırım edirik çünki görulən işlər yüksək səviyyədə olunur.Bu doğru istiqamətdir.Layihənin ikinci mərhələsindən sonra iş yerlərinin çoxalması və məhsul istehsalının artımı gözlənilir.Bu günki gündə bazarın,idxal əvəz siyasəti sayəsində ölkəmizdə olduğu məlumdur.Məhsulların ekoloji cəhətdən səmərəli olması,yüksək keyfiyyət və tələbatın olması çox önəmlidir.Layihənin üçüncü mərhələsinin həyata keçirilməsinin nəticəsi Dağıstan Respublikasının iqtisadiyyatında kərpiclerindən biri olacaq ən güclü müəssisəsinə çevriləcəkdir..Gördüyünüz işlərə görə sizə və investorlara vəsaitlərini doğma torpağlara sərf etdikləri üçün təşəkkür edirəm,-Mixail Razvojayev həmçinin komanda və rəhbərliyinə uğurlar arzuladıgını bildirib.
Dağıstan Respublikasının Hökümətinin müvəqqəti sədri Abdusəməd Həmidov öz növbəsində son 4 il ərzində Respublikanın istixana iqtisadiyyatının inkişafının əhəmiyyətli dərəcədə genişləndiyini qeyd edib.:”Bu müddət ərzində 150 hektar sahədə istixana təsərrüfatları tikilmişdir. Dağıstan kənd təsərrüfatının səmərəli inkişafı üçün bütün imkanlara malik olan əkinçilik-sənayə Respublikasıdır.Burada gözəl və ekoloji cəhətdən təmiz məhsullar da yetişdirilə bilər.Təşəbbüslə çıxış edənlərə və bu kompleksi inşa edənlərə təşəkkür edirəm.Dövlətimizin vəzifəsi onlara dəstək olmaqdır.’Yugagroholding’ investorların necə çalışa biləcəyini göstərən müvəffəqiyyətli layihələrdən biridir.İkinci mərhələdə layihə MingKavkaz dövlət proqrami çərçivəsində maliyyələşdirilir.Əsas məqsədimiz-istixana iqtisadiyyatının genişləndirilməsidir.Respublikamızda təşəbbüskar insanların sayının çoxalmasını arzu edərdim.Uğurlar!
İnvestor Abdurəhman Kamilov,layihənin həyata keçirilməsinin təmin olunması üçün səy göstərən bütün şəxslərə təşəkkür etdi və Rusiya Federasiyasının Şimali Qafqaz üzrə Nazirliyinə göstərilən dəstəyə görə xüsusi təşəkkürünü bildirdi.”Bu günki gündə istixana kompleksimiz texnoloji parametrlər baxımından ən böyük və ən müasirdir. Əlverişli iqlim şəraitini təmin edən mineral qidalanma və mikroiqlim üçün avtomatlaşdırılmış nəzarət sistemləri avadanlıqları ilə təchiz olunmuşdur.Bunun sayəsində məhsullar yığım zamanı dəyişməz olaraq qalacaq.İstehsalat da ekoloji cəhətdən təmiz olacaq.Bütün bunlar bizə istixana tərəvəzinin inkişafı üçün bir mərkəzin yaradılmasına gətirib çıxardı.Biz strateji əhəmiyyətli öhdəlikləri həyata keçirmək üçün əlimizdən gələni edəcəyik”,-deyə Kamilov bildirib. Lent kəsmə mərasimindən sonra tədbir iştirakçıları istixana təsərrüfatını yoxladılar.
Səfərin nəticələrini şərh edən Mixail Razvojayev xüsusilə qeyd edib:Biz istixananı gəzməklə yetinmədik həmçinin burda yetişdirilən gözəl məhsulların da dadına baxmışıq.İstehsalat mədəniyyəti-tamamilə Avropanın son texnologiyaları ilə uyğun həyata keçirilir.Bu idxal əvəzinin canlı nümunəsidir.
Nəqliyyat Nazirliyinin Vəqflər üzrə İşçi Qrupu cari ilin layihələrinin seçilməsi çərçivəsində də bu layihə təsdiqləndi.Bu il dövlət proqramı vasitəsi ilə layihənin icrasının ikinci mərhələsinə maliyyə vəsaitləri sərf edilib.Orda istehsalat yüksək səviyyədə tətbiq olunur.Bu gündən etibarən məhsulların ilk yük maşını Moskvaya gedəcək və bu, mühüm hadisədir. Ölkənin fərqli şəhərlərinə satış həyata keçirmek üçün markalaşmaq çox önəmlidir
Öz növbəsində Abdusamad Həmidov qeyd etdi: ”Bu istehsal bir çox sahibkarlar üçün nümunədir.Artıq qeyd edildiyi kimi hər şey Avropa standartlarına uyğun olaraq həyata keçirilir.Dağıstan hökümətinin əsas vəzifəsi vəsaitlərini sərf edən iş adamlarına dəstək olmaqdır. İkinci mərhələdə-infrastrukturla dəstəkləmək istəyirik.Gələcəkdə də bu layihəni dəstəkləyəcəyik”.