Ödənişsiz önlayihələndirmə xidmətinə start verdik
Sizlərlə sevindirici xəbəri paylaşmaq istərdik. 2018-ci ilin mart ayından etibarən A-SERA GROUP maraqlanan şəxslər üçün önlayihələndirmə xidmətini ödənişsiz olaraq həyata keçirməyə başladı. Önlayihələndirmə prosesinə istixana inşa olunmazdan öncə investorların istəkləri və layihəyə özəl göstəricilər (inşa olunacaq istixananın yerləşdiyi ərazi, iqlim, su, yanacaq təminatı və digərləri) nəzərə alınmaqla texniki konsultasiya və dəyərləndirmə xidməti daxildir. Önlayihələndirmə prosesində daha çox aşağıda sadalanan məqamlar nəzərə alınır:
- İnşaat aparılacaq məkanın təsviyyə işləri
- İstifadə olunacaq örtük materiallar (ətraflı məlumat)
- Pərdələr və onların mexanizmləri (ətraflı məlumat)
- Ultrabənövşəyi əlavə ilə asqı telləri
- Elektrik sistemi (ətraflı məlumat)
- Havanın sirkulyasiyası (ətraflı məlumat)
- Yer örtüsü
- Bitki yetişdirmə sistemi (Kokopit – kokos substratı)
- “Gutter” (bitki yetişdirmək üçün xüsusi metal formalar)
- Şitillər
- İsitmə sistemi (ətraflı məlumat)
- Sulama sistemi (ətraflı məlumat)
- Drenaj sularının təkrar istifadəsi
- İqlimin avtomatik idarəolunması
- Ultra iqlim sistemi (ətraflı məlumat)
- Havanın nəmləndirilməsi üçün sistem (ətraflı məlumat)
- Suyun təmizlənməsi üçün sistem (Reverse Osmosis)
- Betonlama işləri
- Fotosintez üçün xüsusi işıqlandırma
- Bitkilərə qulluq üçün elektrik arabalar (ətraflı məlumat)
- Tozlandırma cihazları
- Soyuducu kameralar
- Elektrik yükqaldıranlar