Dünya kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdən biri də, aqrar sahədə müasir texnologiyaların tətbiqidir. “A – SERA GROUP” Asiya və Qafqaz bölgəsində kənd təsərrüfatının inkişafına təkan olaraq müasir standartlara cavab verən istixana komplekslərini sahibkarların istifadəsinə verib.
Ərsəyə gələn layihələrdən biri də Rusiya Federasiyası İnquşetiya Respublikasında artıq istifadəyə verilən müasir istixana kompleksidir. İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurov “A – SERA GROUP” un istifadəyə verdiyi kompleksdə olub. Həm daxili, həm də xarici bazarların təlabatını ödəyə bilən müasir istixana kompleksinin istifadəyə verilməsi prezident tərəfindən müsbət qarşılandı.
Cənab Yunusbek Yevkurov, belə müvəffəqqiyətli layihələrin ölkə iqtisadiyyatını daha da dayanaqlı edəcəyini qeyd edərək, bu cür layihələri ərsəyə gətirən sahibkarlara həmişə dəstək olacağını vurğuladı.Hazırda İnquşetiya Respublikası ərazisində istifadəyə verilən müasir istixana kompleksi “A – SERA GROUP” şirkətinin Rusiya Federasiyasında həyata keçirdiyi 6 -cı layihəsidir .
Onu da qeyd edək ki, şirkətimiz sənaye üsulu ilə müxtəliv növ bitki və bitki mənşəli məhsulların yetişdirilməsi üçün müasir tipli istixana komplekslərinin tikintisi,quraşdırılması ,servis xidmətlərinin tətbiqini ,məhsul və xammalın saxlanılması üçün soyuq saxlama kameralarının hazırlanmasını həyata keçirmək imkanlarına malikdir.