Starteji plan


Bizim düşüncəmizdə müasir istixana komplekslərinin “ideal obrazı“ – peşəkar insan kapitalı ilə zəngin olan, ən son texnologiyalarla, korporativ dəyərlərə, mədəniyyətə malik, Azərbaycan və dünya kənd təsərrüfatı sektorunda layiqli yer tutmağı bacaran, missiyasına effektiv nail olan, şəffaf, modern şirkət deməkdir.

Gənc peşəkar komanda tərəfindən yaradılan A-SERA GROUP, istixana sektorunda aparıcı şirkətə çevrilməyə nail olub. Şirkətimiz müxtəlif növ müasir tipli şüşə, polietilen və polikarbon istixana sistemlərinin tikintisində yüksək təcrübəyə malikdir.

A-SERA, nəinki istixana sistemlərinin tikintisi ilə, hətta ferma, digər kənd təssərüfatı avadanlıqları, maşın mexanizmlərinin gətirilib çatdırılması, quraşdırılması və istehsalı ilə məşğul olan şirkətdir. Qısa zaman kəsiyində Asiya və Qafqaz bölgəsində 100-dən yuxarı müasir istixana kompleksləri qurraşdırıb.

Markaya çevrilən şirkətimiz müasir standartlara cavab verən istismara hazır layihələr təklif edir. Əsas prinsipimiz yüksək keyfiyyətli materiallar və son texnologiyalar ilə məhsuldarlığı artırmaqdır.

A-SERA GROUP aşağıdakı missiyanı həyata keçirir:

A-SERA GROUP olaraq, müştərilərimizə qısa zaman kəsiyində operativ, yüksək keyfiyyətli məhsul əldə edə biləcək, müasir istiaxana komplekslərini inşa edərək təhvil verməkdir.

Dəyərlərimiz

Liderlik – Sürətli dəyişən dünyamızda müştərilərin təlabatını, ehtiyaclarını opertaiv olaraq analiz etmək, ən son texnologiyalara, xüsusən də peşəkar insan kapitalına, intellekt eləcə də, təşkilatçılığa sahib olmaqla, istək, məşğuliyyət və zəhmət sayəsində hədəfə çataraq liderliyi qazanmaqdır.

Keyfiyyət – Müştərinin təlabatını onun istəyindən də, artıq təmin etməklə, şirkətə olan inamı qazandırmaqdır.

İnnovativlik – Yenilikləri, davamlı təkmilləşməni və kritik düşüncəni stimullaşdırmaqdır.

İnkluzivlik – Komanda fəaliyyətini, bilik və təcrübəni bölüşmək mədəniyyətini və enerjini təmin etməkdir.

Sadiqlik – Qarşılıqlı səmimilik üzərində qurulan uğurlu “istedad idarəetməsi” və güclü təşkilati nüfuz vasitəsilə şirkətə bağlılığı yüksəltməkdir

İmkanlar və nəzərə alınmalı proseslər

Xarici mühitdə baş verən müsbət meyllər, şirkət tərəfindən strateji hədəflərin uğurla reallaşdırılması üçün əlverişli imkanlar yaradır.

Ölkəmizdə dayanıqlı siyasi və sosial-iqtisadi sabitliyin mövcudluğu, şirkətin öz missiyasını uğurla həyata keçirməsinə təminat verir. Siyasi və sosial – iqtisadi sabitlik davamlı iqtisadi inkişafa, o cümlədən kənd təssərrüfatının yüksəlişinə, şirkətin yeni müasirləşmə strategiyasının realizasiyasına şərait və böyük imkanlar yaradır.

Son illərdə ölkəmizdə texnoloji innovasiyaların tətbiqi genişlənməkdədir. Bu, bütövlükdə şirkətin texnoloji bazasının müasirləşməsi sahəsində imkanlarının genişlənməsinə əlverişli şərait yaradır.

Hədəflər

A-SERA GROUP-un hədəfi yüksək texnologiyalarla təchiz olunmuş müasir istixana komplekslərinin ölkəmizdə və dünyanın hər bir nöqtəsində inşa etmək və gələcəkdə servis xidmətlərinin təkmilləşdirməkdir.